Neapolda 2 qol

single-news
26 Noy 2025

Neapolda 2 qol



“Napoli” (İtaliya) – “Qarabağ” – 2:0

Skott Maktominey, 66; Marko Yankoviç, 72 (avtoqol)

 

“Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsində beşinci oyununa çıxıb. Komandamız İtaliyanın “Napoli” kollektivinin qonağı olub.

 

Baş məşqçimiz Qurban Qurbanov Neapolda baş tutan matçda aşağıdakı start “11-liy”inə şans verib: 99. Mateuş Koxalski, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 11. Emanuel Addai, 15. Leandro Andrade, 17. Kamilo Duran.

 

“Dieqo Armando Maradona” stadionundakı qarşılaşmanın startından etibarən futbolçularımız güclü rəqibindən çəkinmədən mübarizə aparıblar. Hər iki komanda sürətli futbola üstünlük verməyə çalışıb. Komandamız hətta bəzi anlarda oyun baxımından “Napoli”ni üstələyirdi. Başabaş mübarizəyə baxmayaraq, birinci hissədə qapılara qol vurulmayıb.

 

İkinci hissədə də azarkeşlər maraqlı mübarizəyə şahidlik ediblər. Hər iki tərəf sürətli hücumlarla qol axtarışında olub. 56-cı dəqiqədə rəqibin penalti zərbəsini qapıçımız Mateuş Koxalski möhtəşəm seyvlə dəf edib. Buna rəğmən meydan sahibləri 10 dəqiqə sonra hesabı açmağı bacarıb. “Napoli” qalan dəqiqələrdə daha bir dəfə fərqlənərək 2:0 hesablı qələbə qazanıb.

 

Komandamızın hazırda aktivində 7 xal var.

 

Qeyd edək ki, “Qarabağ” turnirdə növbəti oyununu dekabrın 10-da Niderland klubu “Ayaks”a qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 21:45-də başlayacaq.

Paylaş

// pop up