"NEFTÇİ" - GÖZƏL OYUN VƏ QƏLƏBƏ !

single-news
4 Avq 2005

"NEFTÇİ" - GÖZƏL OYUN VƏ QƏLƏBƏ !



"Neftçi" flaqman olduğunu göstərdi. Çempionlar Liqasında keçirdiyi dörd oyundan üçünü qalib gələrək yalnız birində məğlub oldu. Qalib gəldiyi klublardan biri də "Anderlext" idi.O "Anderlext" ki, Avropa klub reytinqində yeddincidir... ...Matç başlayan kimi, "Neftçi" irəli atıldı. Dördfüncü dəqiqədə Subaşiçin qarşısını Zitka kobudluqla kəsdi və Borets 11 metrlik cərimə zərbəsindən matçda yeganə olan qolu vurdu. Matçın ilk üçdə biri arxada qalanadək "Neftçi" üç dəfə hesab arasındakı fərqi artıra bilərdi. Əvəzində rəqib isə heç flaqmanın qapısına yaxın da düşə bilmirdi... Hakimin final fiti "Neftçi"nin Belçika çempionu üzərində qələbəsini rəsmiləşdirdi. Flaqman tur keçməsə də,qalib gəlməyi bacardı... Amma "Trabzonspor" onu da bacarmadı. O da qalib gəldi. Amma onun qarşısına qoyduğu məqsəd tam başqa idi və o bunu bacarmadı. Düşmən ölkənin tanınmamış klubuna qarşı oyunda sözün həqiqi mənasında acizlik göstərdi. Nəinki Türkiyədə, bütün türk dünyasında "Trabzonspor"un tur keçməsi gözlənildiyi halda, o tam əksini elədi. Sönük oyunla, ən əsası qol vurmaq imkanından istifadə etməməklə onlar öz tarixlərinə qara səhifə yazdılar. Özü də bu səhifəni Anartosis" yazdı. Digər oyunlar belə nəticələnmişdir: 03/08/2005 Haka 1-4 Vålerenga M. Haifa 2-2 Malmö Lokomotiv Moskva 2-0 Rabotnicki Rapid 3-2 Dudelange Thun 1-0 Dynamo Kyiv Brøndby 3-1 Dinamo Tbilisi Hajduk 0-5 Debrecen Steaua 4-1 Shelbourne Sheriff 0-1 Partizan CSKA Sofia 2-0 Tirana Bu qarşılaşmalardan sonra, Vålerenga,Malmö ,Anderlext, Anartosis, Lokomotiv Moskva, Rapid, Thun, Brondby, Debresen, Steaua,Partizan ,CSKA Sofia növbəti mərhələyə keçdilər.

Paylaş