NİHAT İYULDAN RUSİYA ÇEMPİONATINDA...

single-news
6 İyn 2005

NİHAT İYULDAN RUSİYA ÇEMPİONATINDA...



İspan "Diario Vasko" qəzetinin verdiyi məlumata görə, hal-hazırda "Real-Sosyedad"la Moskva "OMİK"i arasında Nihadın İspaniyadan Moskvaya gəlməsi üçün, sənədləşmə işləri sürətləndirilib.Verilən xəbərdə o da bildirilir ki, əldə olunmuş ilkin razılaşmaya əsasən, 20 iyuna qədər bütün işlər sonuclanmalı və 4 iyulda Moskvada Nihadın yeni komandasında təqdimetmə mərasimi keçirilməlidir. Oyunçunun transferinə isə, əvvəlcədən müəyyənləşmiş məbləğ - 10-12 Milyon Avro ödənəcək. Bu arada, "Valensiya"nın da Nihadla maraqlandığı bildirilir. Klubun baş məşqçisi Kike Sançes Floresin hücumçuya 7 milyon avro ödəməyə hazır olduğu da yayılan xəbərlər arasındadır. Amma çox yaxınlarda Nihadın artıq hazırki UEFA Kubokunun sahibinin heyətində olacağı daha inandırıcıdır.

Paylaş