Nizamnamədə dəyişikliklər olacaq (ÇEMPİON, 28.06.2005)

single-news
28 İyn 2005

Nizamnamədə dəyişikliklər olacaq (ÇEMPİON, 28.06.2005)



14-cü milli çempionatın nə vaxt başlanacağı hələ də dəqiqləşməyib. AFFA-nın baş katibi Fuad Əsədovun sözlərinə görə, futbol üzrə növbəti ölkə çempionatı avqustun 15-dən gec başlanmayacaq. Onun sözlərinə görə, qarşıdakı birinciliyin əsasnaməsi və reqlamenti yenidən hazırlanacaq. Əsədov nizamnamədə bəzi ciddi dəyişikliklərin aparılmasını da labüd sayır. Federasiya rəsmisi istirakçı klubların sayı və legionerlərə qoyulan məhdudiyyət məsələlərinə qarşıdakı günlərdə aydınlıq gətiriləcyini bildirib. Çempionatın təqvimi isə gələn ayın ortaları hazır olacaq. Artıq əvvəlkitək klublarla futbol qurumu arasında narazılığın yaranmayacağı gözlənilir. Çünki milli komandanın beynəlxalq arenada keçirəcəyi rəsmi və yoldaşlıq oyunları öncədən müəyyənləşəcəyindən elita təmsilçiləri öz planlarını rahat həyata keçirə biləcəklər.

Paylaş