Növbəti böyükhesablı qələbə
Növbəti böyükhesablı qələbə
“Vestri” (İslandiya) – “Qarabağ” – 0:3
Jali Muaddib, 5; Pedro Bikalyo, 29; Zakaria Savo, 57
Komandamız UEFA Avropa Liqasında növbəti oyununa çıxıb. “Qarabağ” I təsnifat mərhələsinin cavab matçında İslandiya təmsilçisi “Vestri”nin qonağı olub.
Reykyavikdə baş tutan görüşə komandamız aşağıdakı start heyəti ilə başlayıb: 99. Mateuş Koxalski, 5. Bruno Lanqa, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov (k), 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borges, 10. Abdullah Zubir, 7. Jali Muaddib, 11. Zakaria Savo.
İlk görüşdə olduğu kimi, cavab matçında da üstünlük komandamızın tərəfində olub. Topa və oyuna diktə edən futbolçularımız artıq ilk yarım saatda rəqib qapısından iki top keçirib. Bundan sonra da nəzarət komandamızın tərəfində olub.
Bu üstünlüyü ikinci hissədə davam etdirən “Qarabağ” daha bir qol vurub. Hesab arasındakı fərqi artırmaq üçün bir neçə dəfə şans yaransa də, yararlanmaq mümkün olmayıb. Buna baxmayaraq, komandamız səfərdə böyükhesablı qalibiyyət əldə etməyi bacarıb – 3:0.
Bakıdakı ilk oyunda da 3:0 hesablı qələbə qazanan komandamız II təsnifat mərhələsinə yüksəlib. “Qarabağ” həmin raundda CSKA (Sofiya, Bolqarıstan) ilə qarşılaşacaq. Bu mərhələnin matçları iyulun 23-də və 30-da keçiriləcək. Komandamızın ilk oyunu evdə olacaq.
