"Olimpik" cavab gözləyir (FUTBOL+, 03.09.2005)

single-news
3 Sen 2005

"Olimpik" cavab gözləyir (FUTBOL+, 03.09.2005)



AFFA Nizam-İntizam Komitəsinin çərşənbə axşamı keçirilən iclasında çıxardığı qərarlardan narazı olan "Olimpik"lə "Qarabağ" Appelyasiya Komitəsinə müraciət etmək fikrindəydi. Ancaq ağdamlılar buna ehtiyac duymayıb. "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl: "AFFA-nın qərarına hörmətlə yanaşırıq və appelyasiya vermək fikrində deyilik. İnanmırıq ki, oyunun baş hakimi özündən protokola nəsə yazsın". "Olimpik" isə şikayətini federasiyaya çatdırıb və cavab gözləyir. Bu gün məsələyə aydınlıq gəlməlidi.

Paylaş