“Oyundan razı qaldım”

single-news
26 Noy 2025

“Oyundan razı qaldım”



Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turu çərçivəsində keçirilən “Napoli” (İtaliya) - “Qarabağ” matçının (2:0) ardından baş məşqçimiz Qurban Qurbanov fikirlərini açıqlayıb. Təcrübəli mütəxəssis oyunsonrası mətbuat konfransında qarşılaşmanı dəyərləndirib:

 

“Komandamızın oyunundan razı qaldım. Məğlub olmağımıza baxmayaraq, futbolçularımız çəkinmədilər, sona kimi mübarizə apardılar və cəsarətli oyun göstərdilər. Qarşımızda keyfiyyətli futbolçuları olan komanda var idi. Belə rəqiblə sona kimi vuruşduq. Belə də davam etməliyik. Bu turnirdə keçirdiyimiz hər oyundan həzz almalı və böyümək üçün inamlı çıxış etməliyik”.

Paylaş

// pop up