“Oyunun ümumi gedişatından razı qaldım”
21 Sen 2025
“Oyunun ümumi gedişatından razı qaldım”
Misli Premyer Liqasının V turunun “Araz-Naxçıvan” - “Qarabağ” oyunundan (0:5) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:
“Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət oldu. Çempionatda hər xal itkisi turnir cədvəlində işimizi çətinləşdirə bilərdi. Qarşımızda möhkəm kollektiv var idi. Uğur bizim tərəfimizdə oldu. Futbolçularım bəzi epizodlarda diqqətsizlik etsələr də, oyunun ümumi gedişatından razı qaldım. Azarkeşlərimizə təşəkkür edirəm. Stadionda yaxşı ab-hava yaratdılar. Sayları az olsa da, futbolçulara sona qədər dəstək oldular”.
