“Özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq”

single-news
23 Fev 2026

“Özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq”



UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Nyukasl” - “Qarabağ” oyunundan əvvəl komandamızın baş məşqçisi Qurban Qurbanov və yarımmüdafiəçisi Joni Montielin mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis sabah baş tutacaq qarşılaşma barədə fikirlərini açıqlayıb:

 

“İlk oyundan sonra təhlil aparmışıq. Cavab matçında daha diqqətli, məsuliyyətli olmalıyıq. Ümumi hazırlığımız pis deyil. Səfərdə özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. Bu elə bir turnirdir ki, komanda irəlilədikcə rəqiblərin də səviyyəsi artır”.

 

Joni Montiel də uğurlu nəticə üçün əllərindən gələni edəcəklərini söyləyib: “Çempionlar Liqasının səviyyəsi hər kəsə bəllidir. Artıq ilk görüşü unudub, cavab matçı barədə düşünməliyik. Əgər Bakıdakı oyunun birinci hissəsindəki kimi mübarizə aparsaq, yaxşı nəticə əldə edə bilərik”.

Paylaş

// pop up