“Palçıq döyüşü”ndə sülh (ÇEMPİON, 07.11.2005)

single-news
8 Noy 2005

“Palçıq döyüşü”ndə sülh (ÇEMPİON, 07.11.2005)



Hətta vəziyyət o dərəcədə pis idi ki, futbolçular fərdi mübarizələr zamanı palçıq içində döyüşən qladiatorlara bənzəyirdilər. Baş məşqçi Elxan Abdullayev “İnter”lə oyunda zəif təsir bağışlayan Bekovaçla Ruslan Musayevi ehtiyatda saxlamışdı. Yararsız meydança komandaların oyununa da öz təsirini göstərirdi. Ona görə də qarşılaşma təhlükəli vəziyyətlər baxımından o qədər zəngin olmadı. Bununla belə həm meydan sahibləri, həm də qonaqlar bir neçə dəfə qol vurmaq imkanı qazandılar. Misal üçün ilk yarıda Aqşin Həşimovun cərimə meydançası daxilindən qüvvətli zərbəsindən sonra Cahangir Həsənzadə əla reaksiya nümayiş etdirdi. “Qarabağ”dan isə Müşfiq Hüseynov ən azı iki dəfə hesabı aça bilərdi. Ancaq meydançanın vəziyyəti və meydan sahiblərinin qapıçısı Elşad Tahirovun səhvsiz oynaması təcrübəli forvardın da fərqlənməsinə mane oldu. Oyunun ikinci hissəsində də tərəflər hərəyə bir neçə dəfə qol vəziyyəti yaratmağa müvəffəq oldular. Xüsusilə son dəqiqələrdə Bəhruz Zeynalovun zərbəsi yadda qaldı ki, bu epizodda meydançanın yararsızlığı topun boş qapıya yuvarlanmasına mane oldu. Qəhrəman Əliyev (“Xəzər-Lənkəran-2”nin baş məşqçisi): “Yetirmələrimdən razı qaldım. Birinci dəstədə oynamağımıza baxmayaraq rəqiblə başa-baş mübarizə apardıq. “Qarabağ”la heç-heçə oynamaq bizim üçün böyük uğurdur”. Elxan Abdullayev (“Qarabağ”ın baş məşqçisi: “Bu gün meydançanın həddindən artıq pis olması oyunumuza öz təsirini göstərdi. Bununla belə, yaddan çıxarmaq lazım deyil ki, kuboklarda iki oyun oynanılır. Təkrar qarşılaşmada cütlüyün taleyini həll etməyə çalışacağıq”. Xəzər-Lənkəran-2 0-0 Qarabağ ”Xəzər-Lənkəran-2”: 1. Elşad Tahirov, 3. Rəşad Xəlilov, 4. Bəxtiyar Mehrəliyev, 6. Ramin Rzayev, 7. Bəhruz Zeynalov, 8. Elnur Qəmbərov, 10. Aqşin Həşimov, 12. Elçin Həşimov, 18. Ramin Məmmədov, 19. Hilal Məmmədov, 20. Teymur Dadaşov Baş məşqçi: Qəhrəman Əliyev ”Qarabağ”: 12. Cahangir Həsənzadə, 2. Hüseyn İsgəndərov, 4. Vasif Haqverdiyev, 8. Aslan Kərimov, 10. Müşfiq Hüseynov, 11. Aleksandr Voskoboynik (14. Fəqan Şahbazov, 74), 15. Mübariz Orucov, 13. Eltay Aslanov (16. Namiq Yusifov, 80), 20. Azər Cabbarov (7. Mustafa Engin Özmən, 70), 21. Sergey Kravçenko, 91. Denis Sokolovski Baş məşqçi: Elxan Abdullayev Sarı vərəqələr: H. Məmmədov, 8; E. Haşımov, 20; A. Voskoboynik, 45+1 Hakimlər: Feyzulla Feyzullayev, Elşən Durmuşov, Vüqar Məmmədov, Elxan Muradov Lənkəran Olimpiya İdman kompleksi, 500 tamaşaçı

Paylaş