Paytaxtda 5 qol

single-news
14 Apr 2024

Paytaxtda 5 qol



“Sabah” – “Qarabağ” – 3:2

14 aprel 2024. Saat 19:00. “Bank Respublika Arena”, 3500 tamaşaçı

Baş hakim: Rəvan Həmzəzadə

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Cəmil Quliyev

Dördüncü hakim: Fərid Hacıyev

VAR: Rauf Cabarov

AVAR: İnqilab Məmmədov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Rüfət Əmirov

Sarı vərəqələr: Elvin Camalov, 40 (qeyri-idman hərəkəti); Anatoli Nuriyev, 71 (qeyri-idman hərəkəti); Maruan Hadudi, 77 (qeyri-idman hərəkəti); Con İrasabal, 79 (qeyri-idman hərəkəti); Kristian da Silva, 88 (qeyri-idman hərəkəti) // Bədavi Hüseynov, 57 (hakimin qərarına etiraz)

Qollar: Amin Seydiyev, 16; Cesse Sekidika, 38; Tellur Mütəllimov, 56 // Leandro Andrade, 7; Nəriman Axundzadə, 76

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 6 dəq.

 

“Qarabağ” növbəti oyununu keçirib. Komandamız Misli Premyer Liqasının XXX turunun matçına çıxıb.

 

Qurban Qurbanovun yetirmələri “Sabah”la görüşüb. Qarşılaşma Bakıdakı “Bank Respublika Arena”da baş tutub.

 

Məhsuldar keçən oyun komandamızın üstünlüyü ilə keçib. “Qarabağ” matça erkən qolla başlayıb. Leandro Andrade meydan sahiblərinin qapısına yol tapıb.

 

“Qarabağ” hücumlarına davam etsə də, rəqibin əks-həmlələri də təhlükəli alınıb. Paytaxt təmsilçisi fasiləyədək iki qol vurmağı bacarıb.

 

İkinci hissə də eyni ssenari ilə davam edib. Daha çox hücum quran komandamız çoxsaylı qol epizodları yaratsa da, rəqib qapısına yol tapmaqda çətinlik çəkib. Meydan sahibləri əks-hücumlara üstünlük verib. Bakılılar üçüncü qolu vurmağa nail olub. Görüşün sonlarında Nəriman Axundzadə hesaba tarazlıq gətirib. Komandamız bərabərlik qolu üçün irəli atılsa da, imkanlardan yararlana bilməyib. Beləliklə, “Qarabağ” 5 qolun vurulduğu paytaxtdakı görüşdən xalsız ayrılıb – 2:3.

 

Qeyd edək ki, komandamız növbəti matçını aprelin 20-də “Qəbələ”yə qarşı keçirəcək. Misli Premyer Liqasının XXXI turunun oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

“Sabah”

55. Nicat Mehbalıyev

4. Elvin Camalov (k)

17. Tellur Mütəllimov

(9. Anatoli Nuriyev, 67)

2. Amin Seydiyev

5. Rəhman Daşdəmirov

15. Kristian da Silva

14. İshak Belfodil

(19. Emmanuel Apeh, 90+3)

44. Sofian Çakla

70. Cesse Sekidika

(24. Maruan Hadudi, 90)

3. Con İrasabal

28. Kahim Parris

(18. Davit Volkov, 67)

 

Ehtiyat oyunçular:

 

1. Yusif İmanov

16. Rustam Samigullin

40. Rauf Rüstəmli

91. Nicat Quliyev

53. Fəxri Məmmədli

66. Əhməd Tanrıverdiyev

 

Baş məşqçi: Krunoslav Renduliç

 

 

    “Qarabağ”

89. Amin Ramazanov

55. Bədavi Hüseynov (k)

13. Bəhlul Mustafazadə

44. Elvin Cəfərquliyev

(27. Toral Bayramov, 69)

29. Marko Veşoviç

(30. Abbas Hüseynov, 69)

10. Abdullah Zubir

(17. Hamidu Keyta, 69)

7. Yassin Benzia

8. Marko Yankoviç

(90. Nəriman Axundzadə, 76)

18. Olavio Juninyo

6. Julio Romao

15. Leandro Andrade

(11. Adama Diakabi, 90+2)

 

Ehtiyat oyunçular:

 

99. Andrey Lunyov

23. Luka Quqeşaşvili

5. Maksim Medvedev

24. Aleksey İsayev

81. Kevin Medina

66. Patrik Andrade

2. Mateus Silva

 

Baş məşqçi: Qurban Qurbanov

   

Paylaş