Pley-offdakı potensial rəqiblər müəyyənləşdi

single-news
3 Avq 2026

Pley-offdakı potensial rəqiblər müəyyənləşdi



Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq. Bakı vaxtı ilə saat 16:00-da başlayacaq tədbirdən öncə komandalar və cütlər qruplara bölünüb.

 

Komandamızın Kiyev “Dinamo”su ilə III təsnifat mərhələsindəki duelinin qalibi 4-cü qrupda yer alıb. Bu cütdə mərhələ keçən komanda 4 mümkün rəqibdən biri ilə qarşılaşacaq: “Xetafe” (İspaniya), “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi, “Beytar” (İsrail) – “Austriya” (Vyana, Avstriya) cütünün qalibi, “Makkabi” (Təl-Əviv, İsrail) – ÇSKA (Sofiya, Bolqarıstan) cütünün məğlubu.

 

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 6-da və 13-də, pley-off 20-də və 27-də keçiriləcək.

Paylaş

// pop up