“Pozitiv notlarla irəli baxmalıyıq”

single-news
18 Apr 2026

“Pozitiv notlarla irəli baxmalıyıq”



Misli Premyer Liqasının 28-ci turu çərçivəsində baş tutan “Qarabağ” - “Sabah” oyunundan (0:1) sonra komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bölüşüb:

 

“Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Yaxşı futbol atmosferi var idi. Əvvəlki oyunlar daha bolqollu olmuşdu. Bu gün də yaxşı mübarizə oldu, sonluqlar çatmadı. Daha yaxşı oynamalıydıq, daha yaxşı oynaya bilərdik. Qarşıda sıx qrafikimiz var. Pozitiv notlarla irəli baxmalıyıq”.

Paylaş

// pop up