Premyer Liqada 200-cü oyun

single-news
15 Dek 2025

Premyer Liqada 200-cü oyun



Komandamızın futbolçusu Abdullah Zubir Premyer Liqada 200-cü oyununu keçirib. Onun yubileyi XV tura təsadüf edib.

Fransalı yarımmüdafiəçi “Araz-Naxçivan”la ev görüşündə (5:1) meydana çıxıb.

Çempionatımızda 2018/19 mövsümündə debüt edən Zubir 200 oyunda 52 qola imza atıb. Azərbaycanda yalnız komandamızda forma geuinən yarımmüdafiəçi turnirin  tarixində 200 və daha çox matç keçirən 158-ci futbolçudur.

Paylaş

// pop up