Premyer Liqada 25-ci qol

single-news
10 May 2026

Premyer Liqada 25-ci qol



Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb. Komandamızın braziliyalı yarımmüdafiəçisi XXXI turun “Qəbələ” ilə səfər qarşılaşmasında (1:1) fərqlənib.

 

O, 76-cı oyununda buna nail olub. Azərbaycanda yalnız komandamızda çıxış edən futbolçu 2021/22 mövsümündə 12, 2022/23 mövsümündə 4, 2024/25 mövsümündə 6, cari çempionatda 3 dəfə rəqib qapısına yol tapıb. Kadi turnirin tarixinə ən azı 25 qol vuran 132-ci oyunçu kimi düşüb.

Paylaş

// pop up