"QARABAĞ" 2-2 İNTER" MAÇ BAŞA ÇATDI...

single-news
6 Mar 2008

"QARABAĞ" 2-2 İNTER" MAÇ BAŞA ÇATDI...



"Qarabağ" - "İnter" qarşılaşmasının start fiti artıq səslənib. Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Qarabağ": Fərhad Vəliyev, Hüseyn İsgəndərov, Aftandil Hacıyev, Nodar Məmmədov, Aslan Kərimov, Soumah Mamadouba, Zaur Həşimov, Əfran İsmayılov, Murad Ağakişiyev, Elşən Məmmədov, Viktor İqbekoye

"İnter": Cahangir Həsənzadə, Xəyal Mustafayev, Milan Zaqorac, Vlodimir Levin, Əliyar İsmayılov, Bronislav Çervenka, Mahmud Qurbanov, Petar Zlatinov, Elvin Məmmədov, Valter Quqlemon, Roman Cvello

1-ci dəqiqə - Start fiti səsləndi

2-ci dəqiqə - Hər iki komanda hücum təşkil etməyə çalışır

3-cü dəqiqə - oyun meydanın mərkəzində davam edir

6-cı dəqiqə - Zaur Həşimova qarşı qayda pozuntusu. Zaur yerdə qalır və hakim cərimə zərbəsi təyin edir

7-ci dəqiqə - tərəflər top uğrunda mübarizə aparır

7-ci dəqiqə - Daha bir qayda pozuntusu. Bu dəfə qaydanı pozan Əfran İsmayılov olur

8-ci dəqiqə - Elşən Məmmədova qarşı kobud oyun var. Buna görə hakim cərimə zərbəsi təyin edir

11-ci dəqiqə - Viktor rəqiblə mübarizədən məğlub ayrılır

13-cü dəqiqə - Oyunda qapıya ilk zərbə. Lakin "İnter"in zərbəsi güclü alınmır

15-ci dəqiqə - Rəqib komandanın kapitanı Aslan Kərimova qarşı kobudluq edir

16 -cı dəqiqə - Oyunda ilk sarı vərəqə. Hakim rəqib komandanın 17 nömrəli oyuçusunu sarı vərəqə ilə cəzalandırır

17-ci dəqiqə - "Qarabağ" təhlükəli hücum təşkil edir. Lakin Muradın zərbəsi qapının üstündən keçir

18-ci dəqiqə - Aslanın uzaqdan vurduğu zərbə dəqiq alınmır

20-ci dəqiqə - "İnter"in qapımıza növbəti zərbəsi. Amma Fərhad dəqiq oynayır

22-ci dəqiqə - "İnter"dən Roman Cuello hücum zamanı Zaurun qarşısını kobudluqla alır

24-cü dəqiqə - Viktor gözəl ötürmə edir. Muradın zərbəsi bu dəfə də dəqiq alınmır

25-ci dəqiqə - Hakim əllə oyuna görə "İnter"ə cərimə zərbəsi təyin edir

31-ci dəqiqə - "İnter"in növbəti hücumu. Bu dəfə də Fərhad dəqiq oynayır

34-cü dəqiqə - "Qarabağ"ın növbəti hücumu baş tutmur

37-ci dəqiqə - Əfrana qarşı kobud oyun və hakim daha bir cərimə zərbəsi təyin edir. Top canlı səddə dəyərək geri dönür

44-cü dəqiqə - "Qarabağ"ın növbəti hücumu. Viktorun zərbəsi qapının yanından keçir

45-ci dəqqiə - Hakim ilk hissənin əsas vaxtına 1 dəqiqə əlavə edir

45+1-ci dəqiqə - Oyunda hesab açılır. "İnter" ilk topu "Qarabağ"ın qapısından keçirir

İLK YARI BAŞA ÇATDI. HESAB 0:1

İkinci yarı başladı

61-ci dəqiqə - QOOOOOOOOOOOOOOOOOOOOLLLL!!!"Qarabağ" hesabı bərabərləşdirir. Raufun zərbəsi dəqiq olur

68-ci dəqiqə - Murad gözəl ötürmə etsə də Rauf topa çata bilmir

71-cü dəqiqə - "İnter" hesab arasındakı fərqi artırır. 1:2

80-cı dəqiqə - Nodar gözəl ötürmə edir, Viktor qapıçı ilə təkbətək qalsa da ofsayt vəziyyətinə düşür

85-ci dəqiqə - QOOOOOOOOOOOOOOOOOOLLLL!!! Rauf dublunu rəsmiləşdirir

89-cu dəqiqə "Qarabağ"ın hücumları davam edir

90-cı dəqiqə - Hakim oyunun vaxtına 3 dəqiqə əlavə edir

90+3 -cü dəqiqə - Oyun başa çatdı. Hesab 2:2

Paylaş

// pop up