“Qarabağ” – “Ayaks” oyununun hakimləri müəyyənləşdi

single-news
8 Dek 2025

“Qarabağ” – “Ayaks” oyununun hakimləri müəyyənləşdi



Komandamızın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda “Ayaks”a qarşı keçirəcəyi matçın təyinatları açıqlanıb. Dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə Sloveniyadan olan ədalət təmsilçiləri təyinat alıblar.

 

Qarşılaşmanı Rade Obrenoviç idarə edəcək. Yure Praprotnik və Qreqa Kordej baş hakiminin köməkçiləri olacaqlar. Mateo Tozan dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR hakimləri Matey Yuq və Alen Boroşak olacaqlar.

 

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, VI tur

10 dekabr

 

21:45. “Qarabağ” – “Ayaks”

Baş hakim: Rade Obrenoviç

Baş hakimin köməkçiləri: Yure Praprotnik, Qreqa Kordej

Dördüncü hakim: Mateo Tozan

VAR: Matey Yuq

AVAR: Alen Boroşak

(Hakimlər briqadası Sloveniyadandır)

Tofiq Bəhramov adına Respublika stadionu

Paylaş

// pop up