“Qarabağ” BATE ilə qarşılaşacaq

single-news
15 Mar 2024

“Qarabağ” BATE ilə qarşılaşacaq



“Qarabağ”ın U-13 komandası Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) turnirində növbəti matçına çıxıb. Elşad Xudadatovun baş məşqçisi  olduğu komandamız 1/4 finalda “Baltika” ilə qarşılaşıb.

 

Görüş rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ” 5-8-ci yerlər uğrunda mübarizə aparacaq.

 

Komandamız sabah BATE ilə üz-üzə gələcək. Bu cütün qalibi 5-ci yer uğrunda görüşdə “Baranoviçi”, məğlubu isə “Strela” ilə qarşılaşacaq.

 

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsində “Sovetskiy rayon”a (Rusiya) 2:1, “Yuri Puntus FS”yə 2:0 hesabı ilə qalib gəlib, “Kalininqrad”la matç isə 1:1 hesabı ilə başa çatıb.

 

Paylaş