“Qarabağ” – “Bazel”: açıq məşq və mətbuat konfranslarının vaxtı

single-news
14 Sen 2021

“Qarabağ” – “Bazel”: açıq məşq və mətbuat konfranslarının vaxtı



UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin ilk turunda keçiriləcək “Qarabağ” – “Bazel” oyunundan öncə keçiriləcək açıq məşq (15 dəqiqə) və mətbuat konfranslarının vaxtları müəyyənləşib. Hər iki tədbir sentyabrın 15-də baş tutacaq.

 

“Qarabağ” FK

17:00 Baş məşqçimiz Qurban Qurbanovun mətbuat konfransı

17:30 Komandamızın oyun öncəsi son məşqi

Məkan: Bakı Olimpiya Stadionu

 

“Bazel”

19:30 Baş məşqçi Patrik Rahmenin mətbuat konfransı

20:00 Komandanın oyun öncəsi son məşqi

Məkan: Bakı Olimpiya Stadionu.

 

Qeyd edək ki, COVİD-19 pandemiyası ilə əlaqədar UEFA-nın qaydalarına əsasən, mətbuat konfransında say məhdudiyyəti olacaq. Anlayışınız üçün təşəkkür edirik!

Paylaş