"Qarabağ" - "Bazel" oyununa bilet satışı davam edir

single-news
13 Sen 2021

"Qarabağ" - "Bazel" oyununa bilet satışı davam edir



UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda keçiriləcək “Qarabağ” – “Bazel” (İsveçrə) oyununa bilet satışı davam edir.

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10 və 40 manat təşkil edir.

Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 19:00-dək 2-ci və 3-cü kateqoriya biletlər satılır (5-3 azn);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

FAW Azərbaycan-da isə (həftəiçi 10:00-dan 17:00-dək; həftəsonları 10:00-dan 16:00-dək) VIP və 1-ci kateqoriya (10 azn) biletlər satışdadır;

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 19:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb (10:00-22:00).

Paylaş