“Qarabağ” Bruno Lanqanı transfer etdi
“Qarabağ” Bruno Lanqanı transfer etdi
2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən klubumuz növbəti futbolçu keçidini gerçəkləşdirib. Mozambikli müdafiəçi Bruno Lanqanın transferi ilə bağlı
İspaniyanın “Almeriya” klubu ilə danışıqlar uğurla yekunlaşıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb.
28 yaşlı sol cinah oyunçusu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, komandamızda 5 nömrəli formanı geyinəcək.
Lanqanın son klubu İspaniya təmsilçisi “Almeriya” olub. O, bu ilin ilk yarısını icarə əsasında Portuqaliya komandası “Eştrela”da keçirib.
Lanqa karyerası ərzində ölkəsində “Blek Bullz”, “Maşakene”, Portuqaliyada “Amora”, “Vitoriya”, “Şaveş”, “Eştrela”, Kiprdə “Pafos” və İspaniyada “Almeriya” klublarının formasını geyinib.
Lanqa 2021-ci ildən indiyə qədər Mozambik millisinin heyətində 37 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Bruno Lanqa yay transfer pəncərəsində komandamızın dördüncü transferidir. Daha əvvəl Jali Mauddib, Zakaria Savo və Samuel Lobato “Qarabağ”a qoşulub.
