"Qarabağ" çempionla oyuna ciddi hazırlaşır (ÜÇ NÖQTƏ, 20.08.2005)

single-news
20 Avq 2005

"Qarabağ" çempionla oyuna ciddi hazırlaşır (ÜÇ NÖQTƏ, 20.08.2005)



Ölkə çempionatının növbəti turunda keçiriləcək prinsipial qarşılaşmalardan birində Ağdamın "Qarabağ" komandası çempion "Neftçi"ni qəbul edəcək. Ağdam təmsilçiləri bu görüşə ciddi şəkildə hazırlaşır. Baş məşqçi Elxan Abdullayev yığma komanda ilə Albaniyada olduğundan "Qarabağ" məşq prosesini Səttar Əliyevin rəhbərliyi altında keçirir. Məşqçi komandanın hazırlığını gücləndirmək məqsədi ilə ikitərəfli matç təşkil edib. Şərti olaraq "A"və "B" adlandırılan komandaların görüşündə Səttar Əliyev əsasən heyətə baxış keçirib. "Qababağ"lı futbolçular bütün anplualarda baxımlı oyunları ilə yadda qalıblar. 3:1 hesabı ilə "A" komandasının qələbəsi ilə başa çatan görüşdə Samir Musayev (iki dəfə), Aleksandr Voskoboyink və Tərlan Mahmudov fərqlənib. Baş məşqçi Elxan Abdullayev isə "Qarabağ"ın məşqlərinə dünəndən etibarən qoşulub.

Paylaş