“Qarabağ” – ÇSKA oyununun hakimləri müəyyənləşdi
19 İyl 2026
“Qarabağ” – ÇSKA oyununun hakimləri müəyyənləşdi
Komandamızın UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb. ÇSKA (Sofiya, Bolqarıstan) ilə Bakıdakı matçı italiyalı hakimlər briqadası idarə edəcək.
Daniele Çiffi oyunun baş hakimi olacaq. Ona Covanni Baççini və Alessandro Lo Çiçero kömək edəcək. Daniele Perenzoni dördüncü hakim, Valerio Marini VAR, Federiko La Penna AVAR funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.
