“Qarabağ” dünya reytinqində 13 pillə irəlilədi

single-news
9 Apr 2024

“Qarabağ” dünya reytinqində 13 pillə irəlilədi



“Qarabağ” Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya klublarının reytinq cədvəlində irəliləyib. Komandamız 176,75 xalla planetin 48-cisidir.
 
“Qarabağ” ötən cədvəllə müqayisədə 13 pillə irəliləyib. Komandamız ötən ay 164,75 xalla 61-ci pillədə qərarlaşmışdı.

Paylaş