“Qarabağ” dünya reytinqində 17 pillə irəlilədi

single-news
12 Noy 2025

“Qarabağ” dünya reytinqində 17 pillə irəlilədi



Komandamız Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya klublarının reytinq cədvəlində 65-cı pillədə qərarlaşıb. “Qarabağ” 192,25 xala malikdir.

 

Komandamız Azərbaycan klubları arasında ən yaxşı göstəriciyə malikdir. “Qarabağ” ötən ay açıqlanan siyahı ilə müqayisədə 21,25 xal artımına nail olub və 17 pillə irəliləyib. Komandamız ötən cədvəldə 171,00 xalla 82-ci pillədə qərarlaşmışdı.

Paylaş

// pop up