“Qarabağ” düşərgənin şagirdləri ilə görüşdü

single-news
23 Dek 2023

“Qarabağ” düşərgənin şagirdləri ilə görüşdü



“Qarabağ”ın məşqçi və futbolçu heyəti III “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsinin şagirdləri ilə görüşüb. Tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, DİN-in “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin tərəfdaşlığı ilə keçirilən və Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunan düşərgənin 3 cü günündə baş tutub.

 

Komandamızın baş məşqçisi Qurban Qurbanov və futbolçularımız şagirdləri səmimiyyətlə qarşılayıb. “Qarabağ”ın üzvləri onlarla futbol oynayıb, əyləncəli vaxt keçiriblər.

 

Qeyd edək ki, dekabrın 21-27-də keçirilən düşərgədə Qazaxıstanda fəaliyyət göstərən “Həftəsonu Qarabağ məktəbi”nin şagirdləri ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası zaman şəhid olan qəhrəmanlarımızın övladları iştirak edirlər.

Paylaş