"Qarabağ" FK Kiprdə AEL ilə qarşılaşıb - VİDEO
5 Avq 2021
"Qarabağ" FK Kiprdə AEL ilə qarşılaşıb - VİDEO
UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ" Kiprdə AEL ilə qarşılaşıb.
Larnaka şəhərindəki "AEK Arena"da keçirilən matç 1:1 hesabı ilə yekunlaşıb. Komandamızın heyətində qolumuzu 90+3-cü dəqiqədə Abdullah Zubir vurub.
Cavab görüşü avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da baş tutacaq.
