“Qarabağ” FK-nın direktoru Emrah Çelikel və baş menecer Asif Əsgərov Azərbaycan Mətbuat Şurasının qonağı olub

single-news
26 May 2023

“Qarabağ” FK-nın direktoru Emrah Çelikel və baş menecer Asif Əsgərov Azərbaycan Mətbuat Şurasının qonağı olub



“Qarabağ” FK-nın direktoru Emrah Çelikel və baş menecer Asif Əsgərov Azərbaycan Mətbuat Şurasının qonağı olub.

Klubumuzun direktoru MŞ sədri Rəşad Məcidə dəvətə görə təşəkkürünü bildirib: “Dəvətə görə təşəkkür edirik. "Qarabağ" FK mətbuata daim həssas yanaşıb. Media nümayəndələri ilə klubumuz arasında dostluq münasibətləri olub və bundan sonra da davam edəcək. Mətbuat Şurasının rəhbərliyinə media ilə bağlı məsələlərdə göstərdiyi dəstəyə və həssas yanaşmaya görə də təşəkkür edirik”.

MŞ sədri Rəşad Məcid klubumuzun rəsmilərinə minnətdarlıq edib və “Qarabağ”ın uğurlarına həmişə sevindiyini vurğulayıb.

Paylaş