"Qarabağ" FK-nın növbəti seçimləri keçirilib

single-news
27 May 2021

"Qarabağ" FK-nın növbəti seçimləri keçirilib



“Qarabağ” FK-nın aşağı yaş qrupları üçün növbəti seçimləri Bakıda keçirilib.

 

Sərhədçi İdman Kompleksində baş tutan seçimlərdə 2006, 2007 və 2008-ci il təvəllüdlülər iştirak ediblər. 100-dən çox uşağın qatıldığı seçimlərdə 12 nəfər seçilərək akademiyamıza dəvət edilib. 

 

Onlar müvafiq yaş qruplarında məşq edəcəklər.

 

Növbəti seçimlərimiz barədə məlumat veriləcək.

Paylaş