“Qarabağ” FK U-17 kubokunda 2-ci oldu

single-news
27 May 2021

“Qarabağ” FK U-17 kubokunda 2-ci oldu



“Qarabağ” FK AFFA-nın təşkil etdiyi U-17 kubokunun finalında “Qəbələ” ilə qarşılaşıb.

 

Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib – 2:2. Qollarımızı İbrahim Ağayarov və Sadiq Hüseynov vurub.

 

Əlavə vaxtda isə hesab dəyişməyib və qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələrdə 4:5 hesabı ilə məğlub olan Xəyal Həsənovun baş məşqçisi olduğu U-17 komandamız turnirin gümüş medallarına sahib olub.

 

Futbolçumuz İbrahim Ağayarov turnirin ən yaxşı futbolçusu seçilib.

Paylaş