"Qarabağ" FK və "Sirab" arasında rəsmi su tərəfdaşlığı imzalandı

single-news
26 May 2023

"Qarabağ" FK və "Sirab" arasında rəsmi su tərəfdaşlığı imzalandı



Bu gün "Qarabağ" FK-nın "Sirab"la tərəfdaşlıq müqaviləsinin imza mərasimi keçirilib. Tədbirdə klubumuzun direktoru Emrah Çelikel, Marketinq və PR departamentinin rəhbəri Yusif Cəfərov, "Sirab"ın CEO-su Alper Yaycılı, Marketinq şöbəsinin rəhbəri Esin Umut iştirak ediblər.

Müqavilənin müddəti 1 il nəzərdə tutulub.

Qeyd edək ki, 70 ildən çox yaşı olan "Sirab" mineral suyunun sorağı dünyanın bir sıra ölkələrindən gəlir. Minerallarla zəngin olan "Sirab" suyunun Azərbaycanla yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Türkiyə, Türkmənistan, Çin, İran, İraq, Qətər, Polşa, Küveyt, Ukrayna və Baltikyanı ölkələrdə özünəməxsus yeri vardır.

Dünya standartlarına cavab verən "Sirab" mineral suyu bir çox xarici ölkələrdə yüksək mükafatlara layiq görülüb.

 

May be an image of 2 people, people playing football, people playing soccer and text

May be an image of 3 people and text

Paylaş