“Qarabağ” Futbol Akademiyasına seçimlərin ilk mərhələsi başa çatdı

single-news
4 May 2024

“Qarabağ” Futbol Akademiyasına seçimlərin ilk mərhələsi başa çatdı



“Qarabağ” Futbol Akademiyası bölgələr üzrə futbolçu seçimi gerçəkləşdirib. Şirvan, Qusar və Lənkəranda baş tutan seçimlərdə 2010, 2011, 2012, 2013, 2014, 2015-ci il təvəllüdlü futbolçular iştirak ediblər.

 

“Qarabağ”ın məşqçiləri Şirvanda 150, Qusarda 60, Lənkəranda 350 uşaq və yeniyetməyə baxış keçirib. Seçimlər zamanı ümumilikdə 33 futbolçu ilkin mərhələsini uğurla keçib. Onlardan 16-sı Şirvan, 6-sı Qusardakı, 11-i Lənkərandakı seçimlərdə fərqlənib.

Paylaş