“Qarabağ” hakimlər üçün yaradılmış fonda 45 milyon manat köçürüb (APA, 07.10.2005)

single-news
7 Okt 2005

“Qarabağ” hakimlər üçün yaradılmış fonda 45 milyon manat köçürüb (APA, 07.10.2005)



BAKI. Bir müddət əvvəl AFFA-nın klub rəhbərlərinə hakimlərin maliyyə durumunun yaxşılaşdırılması üçün yaradılmış fonda istədikləri qədər vəsait köçürmələri ilə bağlı etdiyi müraciətinə ilk olaraq “Qarabağ” klubu cavab verib. Klubun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Qarabağ” rəhbərliyi də hakimlərin görüşlərdə daha diqqətli, tərəfsiz idarəetmələrini istəyir və bu istiqamətdə AFFA-nın apardığı bütün işləri dəstəkləyir. Federasiyanın müraciətindən sonra hakimlərin qonorarlarının artırılması üçün yaradılmış fonda 45 milyon manat köçürən “Qarabağ” rəhbərliyi digər klubları da bu aksiyaya qoşulmağa çağırıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəis müavini Mikayıl Nərimanoğlu isə APA-ya verdiyi açıqlamasında bildirib ki, indiyədək hansısa klubun hakimlər üçün yaradılmış fonda pul köçürməsindən xəbərsizdir. /APA/

Paylaş