"Qarabağ" hakimlərin qonorarının artırılmasına kömək edib (ÜÇ NÖQTƏ, 08.10.2005)

single-news
8 Okt 2005

"Qarabağ" hakimlərin qonorarının artırılmasına kömək edib (ÜÇ NÖQTƏ, 08.10.2005)



KLUB BU MƏQSƏDLƏ YARADILAN FONDA 45 MİLYON MANAT KÖÇÜRÜB Bir müddət öncə AFFA-nın mənzil qərargahında klub prezidentlərinin görüşündə ötən mövsümdəki çatışmazlıqlar müzakirə olunub. Danışıqlar zamanı, cari mövsümdə buraxılan nöqsanların təkrarlanmaması üçün konkret fikirlər irəli sürülüb. Çatışmazlıqlar kimi hakimlərə verilən qonorarların azlığı da müzakirə olunan məsələlərdən biri olub. Bu səbəbdən də klub prezidentləri hakimlərin maddi durumunun yaxşılaşdırılması, bu yolla da onların matçlara daha məsuliyyətli yanaşması üçün yardım təkliflərini irəli sürüblər. AFFA rəhbərliyi də bu təklifi bəyəndiyindən klublar hakimlərin qonorarlarının artırılması üçün yaradılmış fonda istədikləri qədər köməklik etmək imkanı qazanıblar. Bu yolla klublar hakimlərin matçlarda tərəfsiz, ədalətli təmsilçi olmaları üçün stimul yaratmaq istəyirlər. Bu arada "Qarabağ" Futbol Klubunun rəhbərliyi də hakimlərin matçlarda daha diqqətli, tərəfsiz oyun idarə etmələrini təmin etmək üçün bu yöndə AFFA-nın apardığı bütün işləri dəstəklədiyini bəyan edib. Ağdam təmsilçiləri yaradılmış hakimlərin qonorarlarının artırılması fonduna 45 milyon manat pul köçürüb. "Qarabağ" FK digər klubları da bu prosesə qoşulmağa çağırıb. Klub bunun nəticəsi olaraq sonda qazanan tərəfin Azərbaycan futbolu olacağını bəyan edib.

Paylaş