"Qarabağ" ilk oyunda qalib gəldi
![single-news](https://www.qarabagh.com/uploads/catalog/370372920_848562233305479_8920992965188699426_n.jpg)
24 Avq 2023
"Qarabağ" ilk oyunda qalib gəldi
UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" FK Sloveniyada "Olimpiya" klubunun qonağı olub.
Lyublyanada "Stojitse" stadionunda keçirilmiş qarşılaşma komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Kevin Medina və Leandro Andrade vurublar.
Cavab oyunu 1 həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.