“Qarabağ” – “Karvan-Yevlax” oyununun hakimləri müəyyənləşdi
26 Noy 2025
“Qarabağ” – “Karvan-Yevlax” oyununun hakimləri müəyyənləşdi
Misli Premyer Liqasında XIII turun təyinatları açıqlanıb.
Komandamızın “Karvan-Yevlax”la ev oyununu Kamranbəy Rəhimov idarə edəcək. Onun köməkçiləri Eyyub İbrahimov və Zöhrab Abbasov olacaq. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək.
Cavid Cəlilov VAR, Kamran Bayramov AVAR olacaq. Ömər Paşayev hakim-inspektor, Nəriman Axundov AFFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 29-da “Azersun Arena”da baş tutacaq qarşılaşma saat 17:00-da start götürəcək.
