“Qarabağ” – “Karvan-Yevlax” oyununun hakimləri müəyyənləşdi
3 Apr 2026
“Qarabağ” – “Karvan-Yevlax” oyununun hakimləri müəyyənləşdi
Misli Premyer Liqasında XXVI turun təyinatları açıqlanıb. Komandamızın “Karvan-Yevlax”la oyununun hakimləri və rəsmi şəxsləri bəlli olub.
Aprelin 6-da keçiriləcək qarşılaşmanı Kamranbəy Rəhimov idarə edəcək. Onun köməkçiləri Asiman Əzizli və Kərim Zeynalov, dördüncü hakim isə Əkbər Əhmədov olacaq.
Emin Əliyev VAR, Əliyar Ağayev AVAR funksiyasını yerinə yetirəcək. Görüşün hakim-inspektoru Rəhim Həsənov, AFFA nümayəndəsi İlham Əliyev olacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 19:00-da başlayacaq.
