"QARABAĞ" KLUBU BƏYANAT YAYIB (ayna, 08.09.2005)

single-news
8 Sen 2005

"QARABAĞ" KLUBU BƏYANAT YAYIB (ayna, 08.09.2005)



Son vaxtlar baş məşqçi Elxan Abdullayevin istefaya göndəriləcəyi ilə bağlı məlumatları təkzib edən "Qarabağ" klubu bəyanat yayıb. Klubdan APA-ya daxil olan bəyanatda bildirilib ki, bəzi şəxslər klubdaxili yüksək ab-havanın korlanması üçün mətbuatda həqiqətə uyğun olmayan fikirlər söyləyirlər: "Ötən üç tur bir daha onu göstərdi ki, "Qarabağ" heç də bəzi şəxslərin fikirləşdiyi kimi zəif yox, həmişəki kimi cari mövsümdə də iddialı klublardan biri olacaq. Bunu komandada yaranmış yüksək nizam-intizam, birlik, mübariz xüsusiyyətlər deməyə əsas verir. Lakin bu uğurların fonunda bəzi şəxslərin klubdaxili yüksək ab-havanın korlanması üçün, özlərini reklam xatirinə həqiqətə uyğun olmayan fikirlər yayırlar. Məhz bu fikirlərə görə, guya "Qarabağ" rəhbərliyi Elxan Abdullayevə etimad göstərmir və bu səbəbdən yeni baş məşqçi axtarışındadır". Bəyanatda qeyd olunub ki, "Qarabağ" rəhbərliyi heç kimlə danışıqlar aparmır: "Bəzi şəxslərin guya onunla danışıqlar aparılır fikirlərinin heç bir əsası yoxdur. Bu həmin şəxslərin reklam olunması istəyindən başqa bir şey deyil".

Paylaş