«QARABAĞ» KLUBU XORVAT FUTBOLÇULARININ KOMANDAYA QƏBUL OLUNMALARINI MÜZAKİRƏ EDİR (TREND, 27.07.2005)

single-news
27 İyl 2005

«QARABAĞ» KLUBU XORVAT FUTBOLÇULARININ KOMANDAYA QƏBUL OLUNMALARINI MÜZAKİRƏ EDİR (TREND, 27.07.2005)



İki xorvatiyalı legioner «Qarabağ»ın Qaxda keçirilən təlim-məşq oyunlarında iştirak edirlər. «Trend»in məlumatına görə, komandanın baş məşqçisi Elxan Abdullayev ağdamlılarla birlikdə məşq edən müdafiəçilər Drajen Kolak və Blajenko Bekovaçın oyunlarını diqqətlə izləyir. Lakin futbolçularla müqavilələrin imzalanması məsələsi oyunlar başa çatdıqdan sonra həll olunacaq. Komandanın tərkibinə Mübariz Orucov, Azər Cabbarov, Eltay Aslanov, Aslan Kərimov, Vitay Kovalyov və Ruslan Musayev kimi əsas oyunçular daxil olacaqlar. Ağdamlılar final oyunlarında zəif çıxış edərək altıncı yerdə qərarlaşdıqları keçən ölkə çempionatındakı uğursuzluqlarının əvəzini çıxmaq niyyətindədirlər.

Paylaş