“Qarabağ” - “Lex” oyununun biletləri satışa çıxarılır

single-news
27 İyn 2022

“Qarabağ” - “Lex” oyununun biletləri satışa çıxarılır



UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Lex” (Polşa) oyununun biletləri satışa çıxarılıb. Biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20 və 50 manat təşkil edir.

 

Satış məntəqələri:

 

Iticket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iticket.az-da onlayn satış;

 

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək);

 

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında isə biletlər yalnız 15:00-dan satışa çıxarılacaq və 20:00-dək davam edəcək. Digər satış günləri isə 10:00-dan 20:00-dək davam edəcək.

 

Qarşılaşma iyulun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Paylaş