"QARABAĞ" "NEFTÇİ" İLƏ SÜLH BAĞLADI

single-news
26 İyn 2005

"QARABAĞ" "NEFTÇİ" İLƏ SÜLH BAĞLADI



Güclülər dəstəsi klubları nəzdindəolan yeniyetmə komandalar arasında ölkə birinciliyinin final mərhələsində 6-cı turun oyunları keçirilib. 1987-88-ci il təvəllüdlü yeniyetmələrin birinciliyində "Qarabağ" "Neftçi"ni qəbul edib. Bu tura qədər "Neftçi" 8 xalla lider, "Qarabağ" isə 7 xalla 3-cü yürdə idi. Maraqlı keçən qarşılaşmanın ilk dəqiqəsində Mehran Əliyev hesabı açsa da, bu üstünlüyü qoruya bilməyən komandamız nəticədə heç-heçəyə razı olub. 1989-90-cı il təvəllüdlülər arasındakı yarışda da "Qarabağ" "Neftçi"ni məğlub edə bilməyib. Bu matç isə 2:2 hesabı ilə başa çatıb. Qolları komandamızdan 3-cü dəqiqədə Röyal , 47-ci dəqiqədə isə Vüsal Əsədov vurub.Komandamız 7-12-ci yerlər uğrunda yarışda 10 xalla liderdir.

Paylaş