"Qarabağ" - "Neftçi" oyununun hakimləri

single-news
19 May 2022

"Qarabağ" - "Neftçi" oyununun hakimləri



Azərbaycan Premyer Liqasının 28-ci turunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyununun təyinatları açıqlanıb.

 

"Azersun Arena"da keçiriləcək görüşü Fərid Hacıyev idarə edəcək. Kamran Bayramov və Müslüm Əliyev köməkçi hakimlərdir. Kamranbəy Rəhimov dördüncü hakim funskiyasını yerinə yetirəcək.

 

Hakim-inspektor Vüsal Əliyev, AFFA nümayəndəsi Elgiz Abbasov olacaq.

 

Qarşılaşma mayın 21-i saat 19:30-da başlayacaq.

Paylaş