“Qarabağ” – “Olimpik Marsel” oyununun biletləri satışda
“Qarabağ” – “Olimpik Marsel” oyununun biletləri satışda
UEFA Avropa Konfrans Liqasının 1/16 final mərhələsində keçiriləcək “Qarabağ” – “Olimpik Marsel” (Fransa) oyununun biletləri fevralın 13-ü saat 11:00-dan satışa çıxarılıb.
Biletlərin qiyməti müvafiq olaraq 5, 15, 40, 75 və 100 manat təşkil edir.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.
Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionun kassalarında 11:00-dan 21:00-dək bütün biletlər satılır;
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb (10:00-22:00).
