"Qarabağ" Polşada "Rakuv"la qarşılaşıb

single-news
26 İyl 2023

"Qarabağ" Polşada "Rakuv"la qarşılaşıb



"Qarabağ" FK-nın prezidenti Tahir Gözel "Rakuv" ilə oyun öncəsi baş məşqçi Qurban Qurbanov və komanda üzvləri ilə görüşüb. Tahir Gözel komandamıza uğurlar arzulayıb.

 

Qarşılaşma "Rakuv"un 3:2 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra baş məşqçimiz Qurban Qurbanov fikirlərini bildirib:

 

"Çox yaxşı oyun oldu. Futbolçularım yaxşı oyun göstərdilər. Həddən çox razı qaldım. Əsl Çempionlar Liqası oyunu idi. Meydanda iki yaxşı kollektiv var idi. İlk hissədə bəlkə də daha qapalı futbol gedirdi. Amma ikinci hissədə boş zonalar daha çox oldu. Böyümək üçün faydalı oyun idi. Rəqibi daha yaxından tanıdıq. Bakıda bu komandaya qarşı daha diqqətli olmağa çalışacağıq. "Rakuv"un istənilən an qol vurmaq bacarığı var. İnanıram ki, Bakıda daha yaxşı oynayacağıq. Futbolçuların hər birindən razı qaldım".

 

Cavab qarşılaşması avqustun 2-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

May be an image of 6 people and people playing soccer

Paylaş

// pop up