“Qarabağ” püşkü gözləyir

single-news
28 Yan 2026

“Qarabağ” püşkü gözləyir



UEFA Çempionlar Liqasında tarixi uğura imza atan “Qarabağ” Liqa mərhələsini 22-ci yerdə başa vurub. Komandamız raundu 10 xalla tamamlayıb.

 

Evdə “Kopenhagen” (2:0), “Çelsi” (2:2), “Ayaks” (2:4), “Ayntraxt”la (3:2) qarşılaşan “Qarabağ” səfərdə “Benfika” (3:2), “Atletik” (1:3), “Napoli” (0:2) və “Liverpul”la (0:6) üz-üzə gəlib. Bununla da komandamız pley-offda mübarizə aparacaq 16 komanda sırasında yer alıb.

 

Liqa mərhələsində 9-24-cü yerləri tutan komandaların mübarizə aparacağı pley-offun püşkü sabah atılacaq. Yanvarın 30-da keçiriləcək tədbir Bakı vaxtı ilə 15:00-da başlayacaq.

 

Komandamızın bu mərhələdə iki mümkün rəqibi var. “Qarabağ” 11-12-ci yerləri tutan komandalardan biri ilə, yəni ya PSJ (Fransa), ya “Nyukasl”la görüşəcək. 

 

İlk oyunlar 17-18 fevral, cavab görüşləri 24-25 fevral tarixlərində baş tutacaq. Turnir cədvəlində daha aşağı pillə tutan komandalar ilk oyunu evdə, cavab matçını səfərdə keçirəcəklər.

 

Qeyd edək ki, komandamızın 1/8 finaldakı mümkün rəqibləri də bəllidir. “Qarabağ”ın yer aldığı cütün qalibi fevralın 27-də atılacaq püşkatmada 5-6-cı yerləri tutan komandalardan biri ilə, ya “Barselona”, ya da “Çelsi” ilə rəqib olacaq.

Paylaş

// pop up