“Qarabağ” rəsmisi UEFA-nın tədbirində

single-news
14 Sen 2023

“Qarabağ” rəsmisi UEFA-nın tədbirində



İtaliyanın paytaxtı Romada UEFA-nın illik təhlükəsizlik konfransı (UEFA Safety&Security Conference) keçirilib.

 

Tədbirdə “Qarabağ” Futbol Klubunu PR & Marketinq şöbəsinin rəhbəri Yusif Cəfərov təmsil edib. Toplantıya AFFA-nın əməkdaşı Vasif Mahmudov da qatılıb.

 

Konfransda UEFA Avropa Liqasının qrup oyunları zamanı meydan sahibi və qonaq komanda azarkeşlərinin təhlükəsizliyi müzakirə olunub. Tədbir iştirakçıları digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.

Paylaş