“Qarabağ” – “Sabah” matçının hakimləri müəyyənləşdi

single-news
16 Apr 2026

“Qarabağ” – “Sabah” matçının hakimləri müəyyənləşdi



Misli Premyer Liqasında XXVIII turun təyinatları açıqlanıb.

 

Komandamızın “Sabah”la oyununun baş hakimi Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər.

 

İnqilab Məmmədov dördüncü hakim, Tural Qurbanov VAR, Cəmil Quliyev AVAR funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın hakim-inspektoru Şahin Cəfərov, AFFA nümayəndəsi Azər Əsgərov olacaq.

 

Qeyd edək ki, aprelin 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 19:30-da başlayacaq.

Paylaş

// pop up