“Qarabağ” – “Sabah” oyununun hakimləri müəyyənləşdi
26 Fev 2026
“Qarabağ” – “Sabah” oyununun hakimləri müəyyənləşdi
Misli Premyer Liqasının XXII turunun təyinatları açıqlanıb.
Komandamızın “Sabah”la ev görüşünün baş hakimi Tural Qurbanov olacaq. Ona Asiman Əzizli və Cəmil Quliyev kömək edəcəklər.
Qarşılaşmanın dördüncü hakimi Əkbər Əhmədov, VAR Elçin Məsiyev, AVAR Müslüm Əliyev olacaq. Munis Abdullayev matçın hakim-inspektoru, Emin Cəfərov AFFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, martın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq görüş saat 19:00-da başlayacaq.
