“Qarabağ” – “Şamaxı” matçının hakimləri açıqlandı
4 Mar 2026
“Qarabağ” – “Şamaxı” matçının hakimləri açıqlandı
Bizon Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının hakimləri açıqlanıb. Komandamızın “Şamaxı” ilə ev oyununun baş hakimi Fərid Hacıyev olacaq.
Ona Rəhman İmami və Zöhrab Abbasov kömək edəcəklər. Rəşad Əhmədov dördüncü hakim, İnqilab Məmmədov VAR, Teymur Teymurov AVAR funksiyasını yerinə yetirəcək. Babək Quliyev hakim-inspektor, Zaur Hacı-Məhərrəmov AFFA nümayəndəsi olacaq.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq “Qarabağ” – “Şamaxı” görüşü saat 19:00-da başlayacaq.
