“Qarabağ” – “Səbail”: 27-ci duel

single-news
5 Apr 2024

“Qarabağ” – “Səbail”: 27-ci duel



“Qarabağ” sabah növbəti oyununu keçirəcək. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Misli Premyer Liqasının XXIX turunun matçına çıxacaq. Komandamız öz meydanında “Səbail”lə qarşılaşacaq.
 
“Səbail”lə ilk dəfə 2017/18 mövsümündə qarşılaşan “Qarabağ” bu rəqiblə 26 dəfə üz-üzə gəlib. Əvvəlki oyunlarda komandamız böyük üstünlüyə malikdir.
 
21 qələbəsi olan “Qarabağ” 2 heç-heçə edib və 3 dəfə meydanı xalsız tərk edib. Texniki nəticə nəzərə alınmamaqla top fərqində də böyük üstünlük var – 56-12.
 
Komandamız ev matçlarında da üstündür. 13-cü dəfə rəqibini qəbul edəcək “Qarabağ” əvvəlki 12 oyunun 11-də qalib gəlib. Yalnız bir qarşılaşma texniki məğlubiyyətlə nəticələnib. Həmin texniki nəticə nəzərə alınmasa, bütün görüşlərdə qalib gələn komandamız ümumilikdə 29 qol vurub və yalnız 3 top buraxıb.
 
Qeyd edək ki, aprelin 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Səbail” matçı saat 20:00-da başlayacaq.
 
27.10.2017. Qarabağ - Səbail - 1:0
08.12.2017. Səbail - Qarabağ - 0:2
18.02.2018. Səbail - Qarabağ - 0:1
07.04.2018. Qarabağ - Səbail - 1:0
18.08.2018. Səbail - Qarabağ - 0:2
20.10.2018. Qarabağ - Səbail - -:+
15.03.2019. Səbail - Qarabağ - 1:2
05.05.2019. Qarabağ - Səbail - 4:0
01.09.2019. Səbail - Qarabağ - 0:4
28.10.2019. Qarabağ - Səbail - 1:0
02.02.2020. Səbail - Qarabağ - 0:1
29.11.2020. Səbail - Qarabağ - 1:1
28.01.2021. Qarabağ - Səbail - 4:0
25.02.2021. Qarabağ - Səbail - 1:0
16.04.2021. Səbail - Qarabağ - 1:1
22.08.2021. Qarabağ - Səbail - 3:0
25.10.2021. Səbail - Qarabağ - 3:1
02.04.2022. Qarabağ - Səbail - 5:1
15.05.2022. Səbail - Qarabağ - 0:3
06.08.2022. Qarabağ - Səbail - 3:1
24.12.2022. Səbail - Qarabağ - 0:3
11.03.2023. Qarabağ - Səbail - 3:0
13.05.2023. Səbail - Qarabağ - 0:3
03.09.2023. Səbail - Qarabağ - 2:1
12.11.2023. Qarabağ - Səbail - 3:1
03.02.2024. Səbail - Qarabağ - 1:2

Paylaş